Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var

Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var
# 28 mart 2016 08:44 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. “Opel” və “VAZ2107” markalı avtomobillərin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Eşqin Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR