ASALA terrorçusunun qalıqları Türkiyədən Fransaya göndərilib

ASALA terrorçusunun qalıqları Türkiyədən Fransaya göndərilib
# 07 yanvar 2016 14:31 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Türkiyədə 1983-cü ildə edam edilmiş ASALA terror təşkilatının döyüşçüsü Levon Ekmekcyanın qalıqları təyyarə ilə Fransaya göndərilib.

APA-nın “panarmenian.net” saytına istinadən verdiyi xəbərə görə, bu məsələ keçmiş terrorçunun ailəsinin arzusu ilə reallaşıb.

“Hürriyet”in xəbərinə görə, L. Ekmecytanın ailəsi vəkil Eren Keskin vasitəsilə Türkiyə hakimiyyətinə müraciət edib və onu xristian adətləri ilə dəfn etmək istədiklərini bildirib.

Türkiyə hakimiyyəti müraciətə ötən ilin dekabrında müsbət cavab verib. Ardınca isə qalıqlar ekskumasiya olunub və Fransaya yola salınıb.

Qeyd edək ki, L. Ekmekcyan 7 avqust 1982-ci ildə Ankara aeroportunda “Karin” əməliyyatı keçirən “Xrimyan Ayrik” qrupunun tərkibinə daxil idi. Əməliyyat zamanı yaralı olaraq ələ keçirilən Ekmekcyan 28 yanvar 1983-cü ildə güllələnib və Ankarada dəfn edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR