FHN itkin düşənlərin meyitlərinin tapılmasının videogörüntüsünü yayıb

FHN itkin düşənlərin meyitlərinin tapılmasının videogörüntüsünü yayıb
# 08 dekabr 2015 12:49 (UTC +04:00)

Bakı - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar itkin düşənlərin axtarışı əməliyyatından videogörüntü yayıb.

APA- nın FHN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 7-də qeydə alınmış videogörüntüdə nazirliyin xilasedicilərinin itkin düşənlərin meyitini helikopterə qaldırması əksini tapıb.

Qeyd edək ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

Hadisə baş verən zaman özüldə 63 nəfər olub.

Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb. İtkin düşənlərdən 6-nın meyiti dünən tapılaraq sudan çıxarılıb, 23 nəfərin axtarışı davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR