Əli Əhmədov: "Referendumdan sonra aparılacaq islahatlar, əsasən, iqtisadi sahəni əhatə edəcək"

Əli Əhmədov: "Referendumdan sonra aparılacaq islahatlar, əsasən, iqtisadi sahəni əhatə edəcək"
# 26 sentyabr 2016 18:24 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. "Referendumdan sonra aparılacaq islahatlar, əsasən, iqtisadi sahəni əhatə edəcək. İslahatların istisadiyyatın bütün sahələrini əhatə etməsi nəzərdə tutulur".

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi-sədr müavini, baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən ümumxalq səsverməsi (referendum) ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, islahatlar sosial sahələri də geniş əhatə edəcək: "Bu islahatlar imkan verəcək ki, biz Azərbaycan vətəndaşları üçün qarşımıza qoyduğumuz bütün sosial proqramları həyata keçirə bilək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR