Gəncə-Şəmkir yolunda qəza baş verib, yaralılar var

Gəncə-Şəmkir yolunda qəza baş verib,  yaralılar var
# 20 aprel 2016 05:29 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə-Şəmkir avtomobil yolunda iki nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Samux rayon sakini, 1988-ci il təvəllüdlü İrxan Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarında olan ağaca çırpılıb. Qəza zamanı sürücü və Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Yasin Məmmədov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR