Bakıda baş verən yol qəzasında iki nəfər ölüb

Bakıda baş verən yol qəzasında iki nəfər ölüb
# 13 yanvar 2016 10:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda ağır yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 12-də saat 07 radələrində Binəqədi qəsəbəsində qeydə alınıb. Sumqayıt şəhər sakini Rasim Şahverdiyevin idarə etdiyi “Opel” və Bakı şəhər sakini Pərviz Hüseynovun idarə etdiyi “KRAZ” markalı avtomobillər toqquşub. Nəticədə R.Şahverdiyevin sərnişənləri, həmyerliləri Maral Əzizova və Mirasim Ağayev hadisə yerində ölüb, özünə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR