Prezident: "Səhiyyə sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi başa çatır"

Prezident: "Səhiyyə sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi başa çatır"
# 03 sentyabr 2016 15:03 (UTC +04:00)

Bakı - APA. "Bu gün səhiyyə sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi işi demək olar ki, başa çatır. Son 13 il ərzində 600-dən çox tibb ocağı yenidən qurulub, tikilib. Bu, səhiyyə sistemimizin inkişafı üçün çox böyük uğurdur, böyük nailiyyətdir və nəticədir".

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən Biləsuvar Mərkəzi Rayon Xəstəxanasında xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

"Bir neçə rayonda işlər davam etdirilir, o cümlədən bu yaxınlarda Masallıda xəstəxana istifadəyə veriləcək. İndi əsas məsələ ondan ibarətdir ki, insanlara keyfiyyətli xidmət, qayğı göstərilsin. Bu istiqamətdə də işlər gedir. Əminəm, yeni müasir avadanlıqla işləyə bilən həkimlər də təcrübə toplayıblar, kurslar keçiblər ki, xəstələrə yaxşı xidmət göstərsinlər. hər bir vətəndaş ildə bir dəfə diaqnostikadan keçməlidir, xüsusilə indiki şəraitdə ki, bütün imkanlar var. İndi həkimlərin tövsiyəsi ilə hər bir vətəndaş özünə yaxşı baxmalıdır. Bu, ilk növbədə vətəndaşın özünə lazımdır. Digər tərəfdən, Azərbaycan xalqı daha da sağlam olmalıdır. Xüsusilə bizim veteranlarımız, uşaqlarımız, gənc nəsil sağlam olmalıdır. Bu xəstəxanaların tikintisi bu məqsədi güdür", - deyə ölkə başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR