Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq insidentsiz keçib

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq insidentsiz keçib
# 16 dekabr 2015 12:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 16-da Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Svedberq və Saymon Tiller, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR