İstirahət mərkəzində qətl törədən tələbələrin məhkəməsi başlayıb

İstirahət mərkəzində qətl törədən tələbələrin məhkəməsi başlayıb
# 02 mart 2016 12:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Ramin Abbaslı və Hüseyn Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası martın 14-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyun ayında Nabrandakı istirahət mərkəzlərinin birində Hüseyn Rüstəmovla Famil Məmmədov arasında mübahisə düşüb. Nəticədə H. Rüstəmov onu qətlə yetirib. Hadisə ilə bağlı Ramin Abbaslı və Hüseyn Rüstəmov saxlanılıb. Hüseyn Rüstəmov Cinayət Məcəlləsinin 120( qəsdən adam öldürmə), Ramin Abbaslı isə 221( xuliqanlıq) maddəsi ittiham edilib.

Təqsirləndirilən şəxslər Sumqayıt Dövlət Universitetinin tələbələri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR