Tovuz rayonunda 22 yaşlı qız dəm qazından zəhərlənib

Tovuz rayonunda 22 yaşlı qız dəm qazından zəhərlənib
# 21 yanvar 2016 07:00 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qazqulu kənd sakini, 1995-ci il təvəllüdlü Bənövşə Hüseynova dəm qazı ilə zəhərlənmə əlamətləri ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə B. Hüseynova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR