Gürcüstan Cənubi Qafqazda ümumi regional enerji şəbəkəsinin yaradılmasını təklif edir

Gürcüstan Cənubi Qafqazda ümumi regional enerji şəbəkəsinin yaradılmasını təklif edir
# 04 dekabr 2015 12:23 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, belə bir təkliflə bu ölkənin baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze çıxış edib.

K. Kaladze bildirib ki, SSRİ-nin dağılması və ondan sonra başa verən proseslər nəticəsində Cənubi Qafqazın enerji sistemi mənfi təsirlərə məruz qalıb.

"Bu gün Rusiya, Gürcüstan, Azərbaycan və digər region ölkələrinin iştirakı ilə ümumi enerji şəbəkəsinin yaradılması, fikrimcə, daha məntiqli olardı. Mövcud və gələcək layihələri nəzərə alaraq demək olar ki, Gürcüstan Cənubi Qafqazın elektrik enerjisi mübadiləsində mühüm körpü rolunu oynayacaq və elektrik enerjisinin satışının artmasına təkan verəcək", - K. Kaladze bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR