Gəncədə iki avtomobil toqquşub, yaralı var

Gəncədə iki avtomobil toqquşub, yaralı var
# 24 may 2016 20:25 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Ruzigar Qasımov küçəsində qeydə alınıb. “Mercedes ML”-lə “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində “VAZ”-ın sərnişini 1983-cü il təvəllüdlü Rufan Zeynalov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR