Narkotik vasitə əldə edib saxlamaqda təqsirləndirilən şəxsə bəraət verilib

Narkotik vasitə əldə edib saxlamaqda təqsirləndirilən şəxsə bəraət verilib
# 30 may 2016 09:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Nəsimi rayon Məhkəməsində narkotik vasitə əldə etməkdə və saxlamaqda təqsirləndirilən Fuad Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə F. Nəcəfovun barəsində bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.


Qeyd edək ki, F. Nəcəfov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitə əldə etmə və saxlama) maddəsinə əsasən ittiham olunub.

Məhkəmə hökmündən narazı qalan dövlət ittihamçısı hökmdən apellyasiya protesti verib. Protestə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR