İstanbulda Boğaziçi körpüsünə çevriliş cəhdi qurbanlarının adı veriləcək

İstanbulda Boğaziçi körpüsünə çevriliş cəhdi qurbanlarının adı veriləcək
# 25 iyul 2016 23:06 (UTC +04:00)

Bakı-APA. İstanbulda Bosfor boğazı üzərində yerləşən Boğaziçi körpüsünə çevriliş cəhdi qurbanlarının adı veriləcək.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Nazirlər kabinetinin növbədənkənar iclasından sonra Türkiyə baş naziri Binali Yıldırım bəyan edib.

“Hökumətin toplantısında qərara alınıb ki, çevrilişə cəhd zamanı həyatını itirənlərin xatirəsi əbədiləşdirilsin. Bu səbəbdən Boğaziçi körpüsünə "15 iyul Şəhidlər Körpusu" adı veriləcək”, deyə B.Yıldırım bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR