İtaliyada kanalizasiya şəbəkəsində işləyən 5 fəhlə qazdan zəhərlənərək ölüb

İtaliyada kanalizasiya şəbəkəsində işləyən 5 fəhlə qazdan zəhərlənərək ölüb
# 07 may 2024 08:46 (UTC +04:00)

İtaliyanın Siciliya adasındakı Kasteldaçça qəsəbəsində kanalizasiya şəbəkəsində işləyən 5 fəhlə qazdan zəhərlənərək ölüb.

APA TRT “Haber”ə istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatı xəbər yayıb.

Bir nəfərin isə xəstəxanaya yerləşdirildiyi, onun vəziyyətinin kritik olduğu bildirilib.

Onların qaldırıcı çəndəki qazdan zəhərləndikləri qeyd olunub.

İtaliya Baş naziri Corca Meloni “X” platformasında hadisədən kədərləndiyini ifadə edib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR