Əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanı ilə bağlı Apellyasiya Komissiyası yaradılıb

Əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanı ilə bağlı Apellyasiya Komissiyası yaradılıb
# 23 may 2016 08:53 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. May ayının 22-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən I və IV ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. TQDK-dan APA-ya verilən məlumata görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apellyasiya Komissiyasına 23 may tarixində saat 10‑dan 17‑dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

TQDK-nın saytında və Facebook səhifəsində sual kitabçaları və imtahanda istifadə olunmuş test tapşırıqlarının izahı yerləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR