Taekvondoçumuz “Russian Open” turnirinin qalibi olub

Taekvondoçumuz “Russian Open” turnirinin qalibi olub
# 28 sentyabr 2015 08:29 (UTC +04:00)

Bakı – APA. Moskvada taekvondo üzrə sayca 5-ci dəfə təşkil olunan "Russian Open” turniri başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, “Dinamo” İdman Kompleksində keçirilən G1 kateqoriyalı yarışda Azərbaycan millisi də iştirak edib.

Turnir komandamız üçün uğurlu alınıb və 3 taekvondoçumuzdan ikisi fəxri kürsüyə yüksəlib.

Belə ki, 80 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Milad Beigi Hərçəqanı inamlı çıxış sayəsində finala vəsiqə qazanıb. Həlledici görüşdə Almaniya idmançısı Tahir Güleçi də məğlub edən Avropa Oyunlarının qalibi qızıl medala yiyələnib.

Bakı-2015-in gümüş medalçısı Fəridə Əzizova (67 kq) isə yarımfinalda uduzduğundan, bürünc medalla kifayətlənməli olub. Onlardan fərqli, digər həmyerlimiz Məhəmməd Məmmədov (68 kq) ilk rəqibini məğlub etsə də, ardınca məğlub olub.

Qeyd edək ki, millimiz vətənə bu gün dönəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR