Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
# 07 may 2016 10:33 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mayın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-21, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 11-16 isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR