Belçikada təhlükəsizliyin qorunmasına cəlb edilən hərbçilər ordudan tərxis olunurlar   

Belçikada təhlükəsizliyin qorunmasına cəlb edilən hərbçilər ordudan tərxis olunurlar   
# 14 avqust 2016 11:27 (UTC +04:00)

Bakı-APA. Son 2 ay ərzində Belçikada ictimai yerlərdə terror təhlükəsi ilə əlaqədar patrul xidmətində olan 11 hərbçi yorucu iş səbəbindən müraciət edərək ordudan tərxis olunublar.

APA-nın RTL telekanalına istinadən verdiyi məlumata görə, hərbçilərin durumu ilə bağlı narahatlığı ilk olaraq iyulda Brüssel meri İvan Mayor açıqlayıb.

İ. Mayor deyib ki, Quru Qüvvələrinin komandanı Jan-Pol Dkonink küçələrdə patrul xidmətində olan 1800 hərbçinin əldən düşdüyünü etiraf edib.

Qeyd edək ki, hökumət Belçika Daxili İşlər Nazirliyinin Hədələrin analizi üzrə Koordinasiya Mərkəzinin məsləhəti ilə belə bir qərar qəbul edib. Apreldən ölkədə üçüncü səviyyədə terror təhlükəsi ilə əlaqədar təhlükəsizliyin qorunmasına cəlb edilən hərbçilərin sayı 300 nəfər artırılaraq 1828 hərbçiyə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR