Bu ilin yanvarında “PAŞA Həyat” 7 mln. manatdan çox sığorta haqqı toplayıb

Bu ilin yanvarında “PAŞA Həyat” 7 mln. manatdan çox sığorta haqqı toplayıb
# 11 fevral 2016 12:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanın həyat sığortası bazarının lideri “PAŞA Həyat Sığorta” şirkəti cari ilin yanvar ayı üzrə yığılan sığorta haqları və həyata keçirdiyi sığorta ödənişlərinin həcmini açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yanvar ayı ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 7,111 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 94,3% və ya 3,660 mln. manat çox olub.

Bununla yanaşı, hesabat dövründə ümumi sığorta ödənişlərinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 7,9 dəfə və ya 1,529 mln. manat artaraq 1,751 mln. manat təşkil edib.

Qeyd edək ki, “PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR