Stokholmda partlayış baş verib, 10 nəfər xəsarət alıb

Stokholmda partlayış baş verib, 10 nəfər xəsarət alıb
# 07 yanvar 2016 08:14 (UTC +04:00)

Bakı-APA. İsveçin paytaxtı Stokholmda partlayış baş verib. APA-nın DHA-ya istinadən xəbərinə görə, paytaxtdakı çoxmərtəbəli binalardan birinin zirzəmisində güclü partlayışdan sonra yanğın başlayıb. Bina sakinlərindən 10 nəfər xəsarət alıb. Digər sakinlər dərhal təxliyə edilib.

Yerli polis partlayış və yanğın nəticəsində binanın zədələndiyini, uçma təhlükəsinin yarandığını açıqlayıb. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı əlavə məlumat verməsə də, artıq iki nəfərin saxlandığı məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR