“Metyu” qasırğası nəticəsində ölənlərin sayı 100-ü keçib

“Metyu” qasırğası nəticəsində ölənlərin sayı 100-ü keçib
# 06 oktyabr 2016 18:16 (UTC +04:00)

Bakı-APA. “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 102 nəfərə çatıb.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, təbii fəlakət qurbanlarının əksəriyyəti – 98 nəfəri Haitidə qeydə alınıb.

“Metyu” qasırğasının yaxınlaşması səbəbindən Kybada bir milyondan çox adam təhlükəli ərazilərdən təxliyə edilib.

Qeyd edək ki, “Metyu” qasırğası 2007-ci ildən bu vaxtadək qeydə alınan tufanlardan ən güclüsüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR