Avropa Parlamentinin İnsan hüquqları komitəsinə Xocalı soyqırımı ilə bağlı müraciət göndərilib

Avropa Parlamentinin İnsan hüquqları komitəsinə Xocalı soyqırımı ilə bağlı müraciət göndərilib
# 22 fevral 2016 09:23 (UTC +04:00)

Bakı-APA. Avropa Azərbaycanlıları Konqresi (AAK) Avropa Parlamentinin İnsan hüquqları komitəsinin yeni seçilmiş sədri Elena Valensaya "1992-ci ildə Xocalı sakinlərinə qarşı törədilmiş qətliamın cinayət kimi tanınması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli"nə dair müraciət ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, müraciətdə Avropa Parlamentindən Dağlıq Qarabağ münaqişəsinin müvafiq beynəlxalq normalara uyğun olaraq həllinə münasibət bildirilməsi, 26 fevral 1992-ci ildə ermənilər tərəfindən Xocalı sakinlərinə qarşı həyata keçirilmiş soyqırımı aktının müharibə zamanı törədilmiş cinayət kimi qiymətləndirilməsi, Ermənistan prezidenti Serj Sarkisyanın bu hadisələrin cinayətkarı kimi məsuliyyətə cəlb olunması tələb edilib. Bundan başqa, soyqırımının beynəlxalq ekspertlərdən ibarət komissiya tərəfindən araşdırılması, ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrin başçılarından münaqişənin həllinə və sülh əldə edilməsinə cəhd göstərmələri istənilib.

Müraciətdə İslam Konfransı Gənclər Forumunun Baş koordinatoru Leyla xanım Əlievanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” kampaniyası haqqında məlumat yer alıb. AAK Avropa Parlamentinin diqqətini bir sıra ölkələrdə aparılan “Justice for Khojaly” ictimai – media fəaliyyətinə yönəldərək Xocalı soyqırımına dair siyasi münasibət bildirilməsini tələb edib.


Qeyd edək ki, AAK Xocalı Soyqırımını daha geniş kütlələrə çatdırmaq məqsədi ilə “Facebook” sosial şəbəkəsində soyqırımına həsr olunan səhifə yaradıb (https://www.facebook.com/KhojalyMassacre1992Photos/info?tab=page_info).

Həmçinin, Xocalı soyqırımına dair məlumatların yer aldığı açıqcalar çap etdirib. Bu açıqcalarda “Xocalıya ədalət” kampaniyasının təqdim etdiyi “Xocalı uşaqların gözü ilə” sərgisindən olan fotolar və Xocalı hadisələri haqqında məlumatlar əks etdirilib. Açıqcalar Almaniyanın Şimal Vestfalen əyalətinin parlamentinə və Avropa Parlamentinin İnsan hüquqları komitəsinə göndərilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR