Türk tarixçisi: “Tariximizin gövdəsi Böyük Hun imperatorluğu sayəsində sağlam qaldı”

Türk tarixçisi: “Tariximizin gövdəsi Böyük Hun imperatorluğu sayəsində sağlam qaldı”
# 23 yanvar 2016 20:54 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Tariximizin gövdəsi Böyük Hun imperatorluğu sayəsində sağlam qaldı. APA-nın Türkiyə müxbirinin məlumatına görə, bu sözləri İstanbulda “Avrasiya çöllərində Göy Tanrının övladları” mövzusundakı çıxışında Yedditəpə universitetinin tarix kafedrasının müdiri, professor Əhməd Daşağıl deyib. Türk Dünyası Araşdırmaları Vəqfinin təşkil etdiyi çıxışda professor Daşağıl əsas məqsədinin Türk dövlətlərinin söykəndiyi tarixi gövdəni tapmaq olduğuna diqqəti cəlb edərək deyib: “Çin mənbələrinə görə, tariximizdəki dövlətlərin qurulması və inkişafı miladdan əvvəl başlayır. Tariximizin gövdəsi Böyük Hun İmperiyasının sayəsində sağlam qala bilmişdir”. Göy Türk Xaqanlığının Türk boyları tərəfindən model kimi qəbul edildiyinə diqqət çəkən professor Əhməd Daşağıl, boylar arasındakı sosial münasibətlərin Türk dövlətlərinin yer üzündən silinməsini əngəllədiyini vurğulayıb. Türk tarixçinin qənaətinə görə, 620-ci il Türk boyları üçün qırılma nöqtəsini təşkil edib: “Göy Türk dövlətində vergilərin artırılması, qanunların pozulması xalqın dövlətdən küsməsinə səbəb oldu, bəzi komandanlar satqınlıq edərək Çinin tərəfinə keçdilər”, deyə sözlərinə davam edən professor Daşağıl, tarixdə yaşanmış arzuolunmaz hadisələrlə bu gün Türkiyədə cərəyan edən proseslər arasında paralellər qurub.

Çıxışının sonunda professor Əhməd Daşağıl dinləyicilərin suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR