Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq
# 24 iyun 2016 10:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. İyunun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, səhər və asxşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 29-34, Bakıda gecə 21-27, gündüz 30-32 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 21-26 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gündə Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR