Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 28 Sentyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 28 Sentyabr
# 28 sentyabr 2016 18:22 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Dohada olmayan Əlcəzairdə də olmadı. Ümidlər isə bitməyib. Bazar gözünü iki ay sonra keçiriləcək Vyana toplantısına dikib. Bu səbəbdən Doha görüşündən sonra olduğu kimi indi də neft ucuzlaşmaq əvəzinə bahalaşmağa başlayıb. Paradoksal olsa da, reallıq budur. İran OPEK üzvlərini Vyanada hasilatı dondurmaq təşəbbüsünə qoşulacağına əmin edib və bununla öləziyən ümid işartıları şölələnib. Tehran iki ay ərzində gündəlik hasilatı 4 milyon barelə çatdıracağına ümid edir, bu səbəbdən danışıqları pozan tərəf kimi görünmək istəmir. Neft nazirinin Vyanada hasilatı dondurmaq təşəbbüsünü dəstəkləməyə az qala açıq mətnlə söz verməsinin səbəbi budur. Hələlik bazarda qiymətlərə təsir edəcək bir oyunçu qalır - ABŞ. Hər şey artıq Vaşinqtonun neftin ucuz, yoxsa baha olmasını istəməsinə bağlıdır. Bu səbəbdən indi hər kəsi OPEK toplantısından çıxan qərarlardan çox ABŞ-ın neft ehtiyatlarının həcminə dair həftəlik hesabatlar maraqlandırır. OPEK toplantısından sonra neft bazarında duruma dair proqnozlar belədir - iranlı nazirin bəyanatına baxmayaraq bir müddət sonra neft yenidən ucuzlaşacaq. Qiyməti ən azı indiki səviyyədə saxlamaq ABŞ-dan asılıdır. Bu qədər sadə.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR