Ağcabədi rayon sakini itkin düşüb - YENİLƏNİB

Ağcabədi rayon sakini itkin düşüb - <span style="color: red;">YENİLƏNİB
# 19 oktyabr 2015 18:10 (UTC +04:00)

APA-nın Qarabağ müxbiri xəbər verir ki, 2015-ci il, mayın 27-də Ağcabədidə “Kolxoz bazarı ” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan digər şəxs, 1975-ci il təvəllüdlü Vüqar Hümbətov itkin düşüb. O, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi, 14 qeydiyyatındadır.

Qeyd edək ki, oktyabrın 17-də Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan şəxs İsmayılov Valeh Qanboy yoxa çıxıb.

V. Hümbətovun itkin düşdüyü vaxt üzərində olan pulun miqdarı məlum olmasa da, Valeh İsmayılov evdən çıxanda üzərində 3000 manatadək pul olduğu bildirilir.

Ağcabədi rayon Polis Şöbəsi hər iki şəxsin axtarışını davam etdirir.

18:05

***

Ağcabədi. Ziya Əmirxanlı - APA. Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan şəxs yoxa çıxıb.

Ağcabədi rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Ağcabədi rayon sakini İsmayılov Valeh Qanboy oğlunun itkin düşməsi barədə, ailəsi rayon məlumat verilib. 1956-cı il təvəllüdlü V. İsmayılov oktyabrın 17-də səhər saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Bununla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən axtarış elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR