Bakıda əcnəbi qadın özünü 5-ci mərtəbədən ataraq öldürüb

Bakıda əcnəbi qadın özünü 5-ci mərtəbədən ataraq öldürüb
# 16 fevral 2016 08:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda əcnəbi qadın intihar edib.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Məhəmməd Hadi küçəsi 29/44 ev 6, mənzil 31 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, Moldova vətəndaşı, 23 yaşlı Quria Qlafira yaşadığı 14 mərtəbəli binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

İntiharın dəqiq səbəbləri hələlik məlum deyil.

Məlumata görə, intihar edən qadın Bakıda bizneslə məşğul olurmuş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR