Binəqədi rayonunda Ahıllar Günü qeyd edilib

Binəqədi rayonunda Ahıllar Günü qeyd edilib
# 03 oktyabr 2016 13:07 (UTC +04:00)

Bakı-APA. Binəqədi rayonunda 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Binəqədi rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi və rayon bələdiyyələrinin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edilib.

RİH-dən APA-ya bildirilib ki, İcra Hakimiyyətinin əməkdaşları, rayondakı qəsəbə bələdiyyələrinin sədrləri, 25 saylı şəhər poliklinikasının tibb personalının qatıldığı aksiya çərçivəsində əvvəlcə bələdiyyələr ahılların evlərini təmizləyib. Sonra yaşlılarla birgə çay süfrəsi təşkil edilib, onlara sovqatlar verilib, ixtisaslı həkim personalıahılları müayinə edib.

Binəqədi rayon bələdiyyəsi ərazisində yaşayan ahıl, professor-müəllim, milyonçu Hacınski nəslinin nümayəndəsi Məmmədov Əziz Bəşir oğlu, Xocəsən Bələdiyyəsi ərazisində yaşayan ahıl İsgəndərova Xədicə Ağalar qızı, Binəqədi qəsəbə bələdiyyəsi ərazisində yaşayan ahıl, Böyük Vətən Müharibəsi veteranının həyat yoldaşı, azsaylı xalqların nümayəndəsi Çiçikova Zeytunya, M.Ə.Rəsulzadə bələdiyyəsi ərazisində yaşayan ahıl Məmmədov Müti İbrahimxəlil oğlu, Biləcəri Bələdiyyəsi ərazisində yaşayan ahıl, uzun müddət dövlət qulluqçusu olmuş, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ələkbərova Əminəxanım belə görüşlərin əhəmiyyətli olduğunu deyiblər.

Qeyd edək ki, BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis olunub. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən Azərbaycanda da l yüksək səviyyədə qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR