Binali Yıldırım: “Konstitusiyaya cüzi dəyişikliklər ediləcək”

Binali Yıldırım: “Konstitusiyaya cüzi dəyişikliklər ediləcək”
# 26 iyul 2016 00:34 (UTC +04:00)

Bakı-APA. Türkiyə hökuməti siyasi partiyalarla birgə ölkə Konstitusiyasına dəyişikliklər edilməsi üzərində işləyəcək.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Nazirlər kabinetinin növbədənkənar iclasından sonra Türkiyə baş naziri Binali Yıldırım bəyan edib.

“Dövlət başçısının siyasi partiyaların liderləri ilə görüşündə Konstitusiyaya cüzi dəyişikliklər edilməsinə dair qənaətə gəlinib. Bu dəyişikliyin əsaslarını hazırlamaq üçün siyasi partiyalarla birgə çalışacağıq”, deyə baş nazir bildirib

Qeyd edək ki, iyulun 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR