İranlı nazir: "Azərbaycan prezidentinə neft-qaz sahəsində yeni əməkdaşlıq planı təklif olunacaq"

İranlı nazir: "Azərbaycan prezidentinə neft-qaz sahəsində yeni əməkdaşlıq planı təklif olunacaq"
# 23 fevral 2016 10:00 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün İran prezidenti Həsən Ruhani Tehranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevə rəsmi şəkildə Xəzər dənizində neft-qaz sahəsində yeni əməkdaşlıq planını təklif edəcək. "APA-Economics" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bican Nəmdar Zənganə deyib.

Nazir bildirib ki, səfər çərçivəsində hər iki ölkənin dövlət başçıları Xəzər dənizində neft və qaz yataqlarının istismarında iştirak məsələsini müzakirə edəcəklər: "Hər iki ölkə arasında danışıqlar yüksək siyasi səviyyədə həyata keçiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR