Meksikada 850 kiloqram kokain müsadirə edilib

 Meksikada 850 kiloqram kokain müsadirə edilib
# 28 iyul 2016 02:33 (UTC +04:00)

Bakı-APA. Meksikada polis 850 kiloqram kokain müsadirə edib, 6 narkotik alverçisi saxlanılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, xüsusi əməliyyat Qerrero ştatında həyata keçirilib.

Külli miqdarda narkotik maddə iki qayıqda daşınarkən aşkar edilib.

Narkotik kartellər Mərkəzi Amerika və Meksika ölkələrinin ərazisindən ABŞ-a müxtəlif yollarla narkotik maddələrin nəqli üçün istifadə edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR