“Azercell” abunəçiləri reklam SMS-lərini daha rahat idarə edə biləcəklər

“Azercell” abunəçiləri reklam SMS-lərini daha rahat idarə edə biləcəklər
# 23 dekabr 2015 14:53 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azercell Telekom” MMC müştərilərinə reklam\məlumat xarakterli SMS-lərdən istifadə və ya imtina imkanlarının olmasını bir daha xatırladır və onlara istədikləri SMS-ləri məzmun, xidmət növü və digər kriterilərə dair seçmək imkanı verir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, abunəçilərə müştərisi olduğu mağazalar şəbəkəsi, bank və ya digər müəssislərdən onların xidmətləri haqqında SMS-lər göndərilməsi halları mümkündür. Abunəçilərə adətən müvafiq məzmunlu SMS almaq istəmədiyi halda müştərisi olduğu mağazalar şəbəkəsinə və ya banklara müraciət etmək tövsiyə edilir.

Bundan başqa, abunəçilər müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim edilən reklam\məlumat xarakterli SMS-lərindən imtina etmək üçün “STOP” sözünü 5010 qısa nömrəsinə göndərməklə (SMS-lər ödənişsizdir) müxtəlif məzmun təminatçısı olan təşkilatların göndərdikləri reklam/məlumat xarakterli SMS-lərin alınmasından imtina edilə bilər.

Bir çox hallarda isə abunəçilər belə SMS-ləri almaqda maraqlı olur. Çünki məhz belə SMS-lər vasitəsi ilə, hər hansı kampaniyaların keçirilməsi, endirimlərin olması, müəyyən sahəyə aid əlverişli xidmətlər haqqında xəbər əldə etmək olur. Çox zaman müştərilər belə SMS-lər sayəsində maraqlı təkliflərdən xəbərdar olurlar. Bu baxımdan “Azercell Telekom” MMC öz abunəçiləri üçün müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim edilən SMS-ləri süzgəcdən keçirmək, məhz arzu etdiyi SMS-lərin qəbul edilməsinə imkan yaradır.

İndi abunəçilər yalnız onları maraqlandıran brendlərdən ibarət olan siyahı hazırlaya bilərlər. Bunun üçün hər bir abunəçi maraqlandığı brendin adını 5010 qısa nömrəsinə (SMS-lər ödənişsizdir) göndərməlidir. Siyahının ləğv edilib bütün reklam\məlumat xarakterli SMS-lərin qəbulunu yenidən bərpa etmək üçün abunəçi “START” sözünü 5010 qısa nömrəsinə (SMS-lər ödənişsizdir) yazıb göndərə bilər.

Abunəçilər “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəsindən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi - SimSim abunəçiləri (012) 4904949\2002, Fakturalı xətt abunəçiləri (012) 4905252\6565, E- poçt: [email protected]; [email protected], o cümlədən online müştəri xidmətləri\şəxsi kabinetim) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR