Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır
# 19 oktyabr 2015 14:21 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Prezidenti İlham Əliyev qanunvericilik təşəbbüsü ilə çıxış edərək, Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib.

Sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub

APA-nın məlumatına görə, qanun layihəsində qeyd olunub ki, bu il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.

Prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR