Türkiyənin xarici işlər naziri Gürcüstana rəsmi səfər edəcək

Türkiyənin xarici işlər naziri Gürcüstana rəsmi səfər edəcək
# 16 fevral 2016 21:45 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Fevralın 17-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gürcüstana rəsmi səfərə gələcək. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Gürcüstan XİN-in məlumatına əsasən, Mövlud Çavuşoğlu Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir Giorgi Kvirikaşvili və xarici işlər naziri Mixail Canelidze ilə görüşəcək.

Görüşlərdə tərəflər Türkiyə və Gürcüstan arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrə aid məsələləri müzakirə edəcəklər.

Səfər çərçivəsində Mövlud Çavuşoğlu Gürcüstanın birliyi uğrunda həlak olan naməlum əsgərlərin xatirəsini yad edərək Qəhrəmanlar meydanındakı abidə önünə əklil qoyacaq.

Fevralın 19-da Mövlud Çavuşoğlu Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək. Nazirlər Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində magistral yolun Kartsax hissəsinə baxış keçirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR