Corciya, Kentukki, Cənubi Karolina, Virciniya, İndiana, Florida, Vermont və Nyu Hempşirdə seçki məntəqələri bağlanıb.
***
03:22
ABŞ-da Senatın bir hissəsinin və Nümayəndələr Palatasının tam tərkibinin yenilənəcəyi aralıq seçkilərdə İndiana və Kentukki ştatlarında səsvermə başa çatıb.
APA xəbər verir ki, bu iki ştatda seçki məntəqələri bağlanan kimi səslərin hesablanmasına başlanılıb.
Ölkənin digər ştatlarında isə səsvermə davam edir. Saat fərqinə görə seçki məntəqələrinin mərhələli şəkildə bağlanacağı, sonuncu məntəqələrin isə Alyaskada yerli vaxtla noyabrın 4-də saat 01:00-da (Bakı vaxtı ilə 09:00) bağlanacağı gözlənilir.