Paşha Bank
Bank Of Baku

İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib

İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib
# 04 noyabr 2026 23:32 (UTC +04:00)

İsveçrə Rusiyaya qarşı sanksiya siyahısına 254 fiziki və hüquqi şəxs, şirkət və təşkilat daxil edib.

APA xəbər verir ki, bu barədə İsveçrə hökumətinin rəsmi saytında məlumat verilib.

Məlumata görə, yeni siyahıya daxil edilən şəxslərin aktivlərinin dondurulması və onlara vəsait təqdim edilməsinin qadağan olunması barədə qərar qəbul edilib. Dəyişikliklər Avropa İttifaqının 21-ci sanksiya paketi və sonrakı qərarlarına uyğun olaraq həyata keçirilib.

Siyahıya 62 fiziki şəxs, o cümlədən Rusiyanın idman naziri Mixail Deqtyarev, “Rusiya Dəmir Yolları” şirkətinin baş direktoru Oleq Belozerov, “Qazprom-Media”nın rəhbəri Aleksandr Jarov, Rusiya Mərkəzi Bankı sədrinin müavini Sergey Belov və müğənni Aleksandr Marşal daxil edilib. Onların İsveçrəyə girişinə və ölkə ərazisindən tranzit keçidinə qadağa qoyulub.

Bundan başqa, üçüncü ölkələrdə qeydiyyatdan keçmiş şirkətlər də daxil olmaqla, 41 şirkətə qarşı ixrac nəzarəti sərtləşdirilib. Həmçinin 33 Rusiya bankı, üçüncü ölkədə yerləşən bir bank, 17 maliyyə qurumu və kriptovalyuta xidməti təchizatçısı, üçüncü ölkələrdən beş şirkət, eləcə də Rusiyanın dörd hava limanı və iki limanı ilə əməliyyatların aparılması qadağan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR