ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb.
APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, sözügedən aviadaşıyıcısı dünən CENTCOM-un məsuliyyət zonasına gəlib çatdıqdan sonra hazırda fəaliyyətdədir.
Qeyd edək ki, Körfəzdə 6 aydan çoxdur ki, fəaliyyət göstərən “USS Abraham Lincoln” aviadaşıyıcısında problemlərin olduğu ilə bağlı xəbərlər yayılıb.
ABŞ prezidenti Donald Tramp isə xəbərləri təkzib edib və hər şeyin qaydasında olduğunu bildirib.