Bank Of Baku

ABŞ Prezidenti: Biz İranın nüvə proqramını dayandırdıq

ABŞ Prezidenti: Biz İranın nüvə proqramını dayandırdıq
# 25 avqust 2025 20:50 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İranın nüvə proqramını dayandırıb.

APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə bir sıra sərəncamların imzalanması zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Vaşinqton bunu etməsəydi, Tehran yaxın bir-iki ay ərzində istifadəyə hazır böyük nüvə silahına malik olardı.

Ağ Ev rəhbəri onu da əlavə edib ki, ABŞ Rusiya ilə birgə nüvə silahlarının azaldılması istiqamətində səylərini davam etdirəcək, həmçinin bu prosesə Çinin də qoşulmasına çalışacaq.

“Dünyanın ən böyük nüvə arsenalı bizdədir. İkinci yerdə Rusiya, üçüncü yerdə isə Çin gəlir”, – deyə Tramp vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR