Bank Of Baku

ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır

ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır
# 04 noyabr 2026 03:15 (UTC +04:00)

Donald Trampın administrasiyası Venesuelada ABŞ hərbçilərinin uzunmüddətli yerləşdirilməsini nəzərdə tutan hərbi sazişlə bağlı danışıqlar aparır.

Bu barədə “The New York Times” mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, danışıqlara ABŞ dövlət katibi Marko Rubio rəhbərlik edir. Hərbçilərin yerləşdiriləcəyi ərazilər və digər detalların sonrakı razılaşmalarla müəyyənləşdirilməsi nəzərdə tutulur.

ABŞ-ın Venesuelada yeni hərbi bazalar tikəcəyi, yoxsa mövcud bazalardan istifadə edəcəyi hələ məlum deyil. Dövlət Departamenti təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini istəsə də, hazırda hərbi bazalarla bağlı danışıqlar aparılmadığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR