Finlandiya polisi Turkudakı hücumu terror aktı kimi qiymətləndirmir - YENİLƏNİB

Finlandiya polisi Turkudakı hücumu terror aktı kimi qiymətləndirmir - <span style="color: red;">YENİLƏNİB
# 18 avqust 2017 20:31 (UTC +04:00)

Finlandiya polisi Turku şəhərindəki hücumu terror aktı kimi qiymətləndirmir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Finlandiya daxili işlər nazirliyinin məlumatında bildirilir.

“Hazırda polis baş vermiş insidenti terror aktı kimi qiymətləndirmir. Buna baxmayaraq, polis və Sərhəd xidməti bütün ölkə ərazisində təhlükəsizlik tədbirlərini gücləndirib”, məlumatda qeyd olunub.

Bu axşam Finlandiyanın Turku şəhərində naməlum şəxs bıçaqla bir qrup insana hücum edib. İnsident nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Polis tərəfindən yaxalanan cinayətkarın şəxsiyyəti müəyyənləşdirilir.

***

20:30

Finlandiyanın Turku şəhərində naməlum şəxs bıçaqla bir qrup insana hücum edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb, azı 8 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. İnsidentin terror aktı olub-olmaması araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR