Netanyahu Süleymaninin öldürülməsinə görə Yunanıstana səfərini təxirə salıb

Netanyahu Süleymaninin öldürülməsinə görə Yunanıstana səfərini təxirə salıb
# 03 yanvar 2020 13:18 (UTC +04:00)

İsrailin Baş Naziri Binyamin Netanyahu Yunanıstana səfərini təxirə salıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Netanyahunun səfəri İran generalı Qasım Süleymaninin öldürməsi ilə əlaqədar təxirə salınıb.

Qeyd edək ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR