Tramp və Stoltenberq arasında ilk görüş keçiriləcək

Tramp və Stoltenberq arasında ilk görüş keçiriləcək
# 22 mart 2017 00:32 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşəcək.

APA-nın “AFP” agentliiynə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun rəsmi nümayəndəsi bildirib.

Məlumata əsasən, aprelin 12-də ABŞ lideri Vaşinqtonda NATO-nun baş katibini qəbul edəcək. Bu, Stoltenberq və Tramp arasında keçiriləcək ilk rəsmi görüş olacaq.

Yanvarda D.Tramp NATO-nu köhnəlmiş təşkilat adlandıraraq bildirmişdi ki, yalnız beş ölkə Alyansa tələb olunan xərcləri ödəyir: “Dəfələrlə demişəm, NATO-da problemlər mövcuddur. NATO köhnəlmiş təşkilatdır. Eyni zamanda Alyansa üzv olan ölkələrin əksəriyyəti hərbi xərclərini artırmayaraq bütün yükü Amerikanın üzərinə qoyur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR