Son 1 ildə Azərbaycanda istehlak kreditləşməsi 21%-ə yaxın azalıb

Son 1 ildə Azərbaycanda istehlak kreditləşməsi 21%-ə yaxın azalıb
# 02 fevral 2018 14:26 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2018-ci ilin yanvarın 1-nə 11 757,8 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə 4 686,8 mln. manat və ya 28,5% azdır.

Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcmi yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 4 606,5 mln. manat və ya ümumi həcminin 39,2%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 252,2 mln. manat və ya 21,37% azdır.

Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir.

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 17,6%-lik payla “Ticarət və xidmət”, 9,6%-lik payla nəqliyyat və rabitə, 5,3%-lik payla sənaye və istehsal, 4,6%-lik payla “İnşaat və əmlak”, 3,7%-lik payla kənd təsərrüfatı və emal, 2,7%-lik payla energetika, kimya və təbii ehtiyatlar sahələrini qeyd etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR