ABŞ 2019-ci ildə Avropaya 1,3 milyard dollarlıq hərbi texnika göndərəcək

ABŞ 2019-ci ildə Avropaya 1,3 milyard dollarlıq hərbi texnika göndərəcək
# 12 fevral 2018 22:10 (UTC +04:00)

ABŞ 2019-ci ildə Avropaya 1,3 milyard dollarlıq hərbi texnika göndərəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Quru qoşunları büdcə planlaşdırılması idarəsinin rəis müavini Devis Uolş bəyan edib.

O, hərbi texnikanın hansı ölkələrə göndəriləcəyini dəqiqləşdirməyib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün Konqresdən 716 milyard dollar istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR