Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 26-ya çatıb- YENİLƏNİB-1

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 26-ya çatıb- <span style="color: red;">YENİLƏNİB-1
# 08 sentyabr 2017 15:47 (UTC +04:00)

Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 26-ya çatıb. Zəlzələ nəticəsində Meksikanın Chiapas və Tabasco ştatlarında da ölənlərin olduğu deyilir.

Qeyd edək ki, Meksika prezidenti Enrike Pena Neto bu zəlzələnin son 100 ildə ölkədə baş verən ən güclü zəlzələ olduğunu deyib.

***

11:35

Meksikada güclü zəlzələdə 5 nəfər ölüb.

APA-nın “Daily Mail”-ə istinadən verdiyi xəbərə görə, ölənlərdən ikisi uşaqdır.

Ölü sayının artacağı gözlənilir.

Zəlzələ paytaxt Mexikoda və gigər yerlərdə dağıntılara səbəb olub.

***

10.25

Meksikanın Sakit Okean sahilində 8 bal gücündə zəlzələ baş verib.

APA-nın “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, yeraltı təkanların episentri Pijijiapan şəhərinin cənub-qərbindən 96 km məsafədə, ocağı isə 35 km dərinlikdə olub.

Dağıntı və zərərçəkənlər barədə hələlik məlumat yoxdur.

Bildirilir ki, bu, 1985-ci ildə baş verən və minlərlə insanın ölümü ilə nəticələnən zəlzələdən də güclü olub.

Qeyd edək ki, həmin regionda sunami təhlükəsinin gözlənildiyi ilə bağlı xəbərdarlıq edilib. Honduras, Nikaraqua, Qvatemala, El Salvador, Kosta Rika, Panama və Ekvador kimi bölgələrin də sunamidən təsirsiz ötüşməyəcəyi deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR