Saymon Kleqq: "Yarışın ilk günündə keçirilən 19 müxtəlif yarışa 17 mindən çox tamaşaçı qatılıb"

Saymon Kleqq: "Yarışın ilk günündə keçirilən 19 müxtəlif yarışa 17 mindən çox tamaşaçı qatılıb"
# 14 iyun 2015 08:27 (UTC +04:00)

Bakı - APA. "Dünən çox gərgin gün oldu. 17 müxtəlif məkanda yarışlar keçirildi".

Apasport.az saytının məlumatına görə, bunu "Bakı-2015" I Avropa Oyunları Əməliyyatlar Komitəsinin (BEGOC) baş direktoru Saymon Kleqq bu gün keçirilən mətbuat konfransında deyib.

S. Kleqq yarışın ilk günündə tamaşaçı sayı və ən çox izlənilən idman növünü açıqlayıb: "Artıq ilk medallar təqdim olundu. Şadıq ki, Azərbaycan millisi yüksək nəticələr göstərir. Bu, oyunların uğurlu keçməsinə zəmin yaradır. Dünənki hava şəraiti qadınların triatlon yarışında istiqamətin dəyişməsinə səbəb oldu. 19 müxtəlif yarışa 17 mindən çox tamaşaçı qatılıb. Xüsusən də, dağ velosipedi, badminton və stolüstü tennis böyük sayda tamaşaçı cəlb etmişdi. Voleybola da xeyli azarkeş gəlmişdi. Hətta nəqliyyat onları daşımağa imkan tapmamışdı. Bu üzdən də xüsusi avtobuslar ayrılmışdı. Bakı Olimpiya stadionu açılışdan sona idmançılar üçün yararlı vəziyyətə gətirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR