Bank Of Baku

"Anthropic" şirkəti “Claude”dan qanunsuz istifadə edənlərdən 2,3 milyard dollaradək gəlir əldə etmiş ola bilər

"Anthropic" şirkəti  “Claude”dan qanunsuz istifadə edənlərdən 2,3 milyard dollaradək gəlir əldə etmiş ola bilər
# 10 noyabr 2026 08:37 (UTC +04:00)

ABŞ-ın “Anthropic” şirkəti 2026-cı ilin ilk doqquz ayında “Claude” süni intellekt çatbotundan istifadə qaydalarını pozan istifadəçilərdən 2,3 milyard dollaradək gəlir əldə etmiş ola bilər.

Bu barədə “Vedomosti” nəşri şirkətin birjaya çıxış üçün hazırladığı sənədlərə istinadən məlumat yayıb.

Nəşrin hesablamalarına görə, qaydaları pozan istifadəçilər yanvar-sentyabr aylarında “Anthropic”ə 1,66 milyard dollardan 2,33 milyard dollaradək gəlir gətiriblər. Bu isə şirkətin həmin dövrdəki ümumi gəlirinin 5–7 faizini təşkil edir.

Qayda pozuntuları arasında “Claude” çatbotuna giriş imkanının icazəsiz şəkildə üçüncü şəxslərə satılması, eləcə də xidmətin rəsmi olaraq əlçatan olmadığı ölkələrdə, o cümlədən Rusiyada istifadəsi yer alır.

“Anthropic” şirkətindən bildirilib ki, qaydaları pozan istifadəçilərin müəyyən edilməsi və onların hesablarının bloklanması müəyyən vaxt tələb edir. Bu müddət ərzində şirkət həmin hesablardan ödəniş almağa davam edir.

Məlumata görə, şirkət avqust və sentyabr aylarında istifadəçilərin yoxlanılması tədbirlərini gücləndirib. Oktyabr ayında isə Rusiyaya məxsus hesabların sahibləri kütləvi bloklanma halları ilə üzləşiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR