Bank Of Baku

SEPAH: Oman sahillərində neft tankeri minaya düşərək partlayıb və yanıb

SEPAH: Oman sahillərində neft tankeri minaya düşərək partlayıb və yanıb
# 30 noyabr 2026 01:29 (UTC +04:00)

Oman sahillərində neft tankeri dəniz minasına düşdükdən sonra partlayaraq yanıb.

APA xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Məlumata görə, hadisə Oman sahillərində, Umm əl-Qənəm adası yaxınlığında baş verib.

SEPAH-ın açıqlamasında bildirilir ki, tanker adanın sahilindən təxminən 2 kilometr aralıda minaya düşüb. Partlayışdan sonra güclü yanğın başlayıb və gəmi heyət tərəfindən tərk edilib.

İran tərəfi gəminin adını, onun kimə məxsus olduğunu və ekipaj üzvlərinin taleyini açıqlamayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR