Brent markalı neftin qiyməti 49 dolları ötüb

Brent markalı neftin qiyməti 49 dolları ötüb
# 17 iyul 2017 06:53 (UTC +04:00)

Dünya birjalarında neft bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,15 dollar və ya 0,32% artaraq 46,69 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar və ya 0,35% artaraq 49,08 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR